sa sa 2582
AMEA-nın müxbir üzvü İbrahim Əzizov beynəlxalq konfransda çıxış etmişdir. + Foto İyn 29, 2018 | 16:04 / Ezamiyyətlər

AMEA-nın müxbir üzvü, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Xloroplastların fotokimyası” laboratoriyasının müdiri İbrahim Əzizov 2018-ci ilin iyun ayının 27-29 tarixində Minsk şəhərində Belarusiya Milli Elmlər Akademiyasının “Biofizika və hüceyrə mühəndisliyi” İnstitutunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Konfransın açılışı günü, 27 iyunda İ.Əzizov “Nanohissəciklərin bitkilərin böyümə və inkişafına, fotosintezinə və antioksidant fermentlərn fəallığına təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. İyun ayının 28-də İ.Əzizov həmrəhbər professor Lyudmila Kabaşnikova ilə birlikdə “Fotosintezin ilkin proseslərinin fitoxromla tənzimlənməsi mədəni bitkilərin stresə davamlılıq amili kimi” mövzusunda təsdiq olunmuş “Azərbaycan-Belarus” layihəsi üzrə birgə tədqiqatlar planı hazırlamışlar.