Ana səhifəGenomun quruluşu və ekspressiyası laboratoriyası sa sa

Struktur  bölmənin  adı:

Genomun quruluşu və ekspressiyası laboratoriyası

Tel.

(+994-12) 539 41 35 (dax.11-19 və 11-26)

Faks:

(+994-12) 510 24 33

Elektron poçtu:

genomlab@imbb.science.az

Struktur  bölmənin  rəhbəri:

Biologiya üzrə fəlsəfə doktoru Ələmdar Çərkəz oğlu Məmmədov

Əməkdaşları:

b.ü.f.d., aparıcı elmi işçi Zərifə Cahandar qızı Süleymanova

b.ü.f.d.,dos., aparıcı elmi işçi Səadət Rüstəm qızı Xudaverdiyeva 

böyük laborant Bahar Zaur qızı Səmədova

böyük laborant Gülgün Ədalət qızı Səmədli      

böyük laborant Qönçə Ramil qızı Ələkbərova     

böyük laborant Nigar Yusif qızı Əliyeva

Əsas fəaliyyət istiqamətləri:

Prokariot və eukariot orqanizmlərin genomlarında baş verən struktur və funksional dəyişikliklərin tədqiqi

Əsas elmi nəticələri:

Cicer arietinum bitkisinin xl.DNT genom kitabxanası yaradılıb və psbA geni lokalizasiya olunub.

pBR322 plazmidi əsasında  pAZ1n2 və pAZ2n2 aralıq  plazmidləri  hazırlanıb Müəyyən olunub ki, Km-davamlılıq marker geni neo genin 5T-DNT əsasında yaradılmış  pTİAch5 plazmidin transkripsiyasının promotor və terminator tənzimləyici elementlərinin nəzarəti altındadır.Tütün bitkisinin Zaqatala-4 sortuna Km-davamlılıq geni köçürülüb və Km-davamlı transgen bitki alınıb.

NaCl duzunun yüksək qatılığının D.salina hüceyrələrinin zülal tərkibinə və antioksidant fermentlərin aktivliyinə təsiri öyrənilib. İlk dəfə D.salina hüceyrələrində karboanhidraza fermentinin həllolan və membranla-birləşmiş formasının olması aşkar edilmişdir.

Triticeae fəsiləsinin yabanı tribaların Eb, Ee, R genomları üçün spesifik CAPS (amplifikasiya olunmuş polimorf ardıcıllıqların kəsilməsi)  markerlər işlənib hazırlanmışdır və həmin genomların identifikasiyasında tətbiq olunmuşdur.

Genbankda toplanmış bərk və yumşaq buğda genotiplərinin və xətlərin duzadavamlılıq potensialının molekulyar markerlərlə skrininqi nəticəsində Bərəkətli-95, Qarabağ, Şiraslan-23, Qırmızı buğda  və  Şərq  genotiplərinin seleksiyada istifadəsi tövsiyyə olunmuşdur.