sa sa 1456
8 Mart- Beynəlxalq Qadınlar Günü Mart 04, 2021 | 16:18 / Mühüm hadisələr

Dünyanın əksər ölkələrində olduğu kimi 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda da hər il qeyd edilir. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib.  Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının əksəriyyətini qadınlar təşkil edir.  Alim xanımlarımız müasir biologiya sahəsində elmi fəaliyyətləri, tədqiqatları ilə böyük uğurlar qazanaraq  həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edir, Azərbaycan elmini dünyaya tanıdırlar.

Zəriflik, ülvilik, gözəllik və sədaqət rəmzi olan Azərbaycan qadını simvolunu özündə yaşadan qadınlarımıza şəxsi həyat və karyeralarında müvəffəqiyyət arzulayır, əziz gün münasibətilə onları səmimi qəlbdən təbrik edirik.