Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev Qızılağac milli parkında ezamiyyətdə olub + Foto
Dek 13, 2021 | 16:00 / Ezamiyyətlər
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Fotobioenergetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev Qızılağac milli parkında ezamiyyətdə olub.
Xəzər dənizi yosunlarının ekologiyası, bioresurslarının öyrənilməsi və praktiki məqsədlərlə istifadəsi üçün elmi tədqiqat işlərinin planlaşdırılıb aparılmasına dair AMEA Rəyasət Heyəti tərəfindən verilən tapşırığa uyğun olaraq 8-10 dekabr 2021-ci il tarixlərində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar və Botanika institutlarının bir qrup əməkdaşının Lənkəran rayonu, Qızılağac Milli Parkına elmi ezamiyyəti təşkil olunmuşdur. Tədbirdə həmçinin, Botanika İnstitutu Alqologiya və lixenobriologiya laboratoriyaşının müdiri, b.ü.f.d. Ş.Muxtarova, laboratoriyanın dissertant və magistrantları A.Xanbutayeva A.Muradova, Ş.Kişiyeva iştirak ediblər. Sahildə, dənizətrafı kanallarda və kiçik sututarlarda çöküntü şəklində rast gəlinən yosunlardan analiz üçün nümunələr götürülmüşdür. Yosunların aktiv inkişaf dövründə nümunələrin götürülməsi üçün ərazilər müəyyənləşdirilmişdir.
Milli parkın əməkdaşlarının iştirakı ilə elmi müzakirələr aparılmış, aparılan tədqiqatların məqsədi, dənizdə yosunların intensiv çoxalma və “çiçəkləmə” dövrləri barədə informasiya mübadiləsi aparılmışdır. AMEA MBBİ və Botanika institutlarının birgə elmi tədqiqatlarının növbəti mərhələləri müəyyənləşdirilmişdir