sa sa 753
MBBİ-nin kiçik elmi işçisi Akdeniz Universitetində elmi ezamiyyətdə olub + Foto Okt 05, 2022 | 19:00 / Ezamiyyətlər

AR-ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının  kiçik elmi işçisi Sevinc Musayeva 19.09.2022-22.09.2022 tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində yerləşən Akdeniz Universitetində elmi ezamiyyətdə olub. Gənc tədqiqatçı “Meyvə fiziologiyasında və məhsul yığımından sonra saxlamada oksigenin aşağı konsentrasiyasının rolu” mövzusunda keçirilən təlim məktəbində iştirak edib. Təlimin ilk günü S.Musayeva Akdeniz Universitesi Ziraat fakültəsinin dekanı prof. Dr. Mustafa Erkanın, Fransanın Toulose Universitetinin professoru Mondher Bouzayen, prof. Bart Nicolai, Angelo Zanella, proqramın rəhbəri Julien Pirrellonun məruzələrini dinləyib. Təlimin ikinci günü Türkiyə Respublikasının Isparta regionunda yerləşən “Gülbudak Alma Yetişdirmə və İxracatı” müəssisəsində Controlled Atmospher (CA) və Dinamic Controlled Atmospher (DCA) sistemləri olan soyuq saxlanma anbarlarına səyahət təşkil olunub. Təlimin iştirakçıları anbarlarda CA və DCA sistemlərinin iş prinsipləri və meyvələrin saxlanma mexanizmləri ilə tanış  olublar. Təlimin üçüncü və dördüncü günlərində iştirakçılar laboratoriyada etilenin sintezi  və tənəffüs sürətini müəyyən etmək üçün qaz xromatoqrafiya metodundan istifadə qaydalarını, müxtəlif meyvələrin saxlanmasında O2 və CO2 qazlarının nisbətinin müəyyən edilməsini, həmçinin saxlanılmış meyvələrin keyfiyyət göstəricilərini təyin edən metodlar və laboratoriya cihazlarının iş prinsiplərini öyrəniblər.