sa sa 814
Azərbaycanlı alim Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Alternativ energetika: nailiyyətlər, problemlər və perspektivər” mövzusunda lider mühazirəsi oxuyub + Foto Noy 03, 2022 | 10:35 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Süleyman Allahverdiyev Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Alternativ energetika: nailiyyətlər, problemlər və perspektivər” mövzusunda lider mühazirəsi oxuyub. Biologiya və Biotexnologiya fakultəsinin təşkil etdiyi tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyyəti, alimlər və tələbələr işrirak edib. Fəxri qonağı İdarə Heyətinin üzvü Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin (KazNU) əməliyyat işləri üzrə prorektoru Asel Uvəliyeva qarşılayıb. O, tədbirin əhəmiyyətini vurğulayaraq, universitetdə liderlik mühazirələrinin gözəl və faydalı ənənələr statusu aldığını qeyd edib. Bu layihə tələbələrə seçdikləri ixtisas üzrə fəaliyyətin xüsusiyyətləri haqqında ilkin mənbədən məlumat almağa imkan verir, həmçinin onları özünü daha da inkişaf etdirmək və uğurlu karyera qurmaq üçün ruhlandırır.

Hörmətli qonağı auditoriyaya təqdim edən Asel Uvəliyeva M.V. Lomonosov adına MDU-nun professoru, Rusiya Elmlər Akademiyasının K.A. Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarə olunan Fotobiosintez laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Qlobal Enerji Beynəlxalq Enerji Mükafatı laureatı Süleyman Allahverdiyevin nailiyyətlərini şərh edib. Alim Thomson Reuters-WoS (Clarivate Analytics) tərəfindən biologiya sahəsində ən çox istinad edilən Rusiya tədqiqatçısı seçilib və Elsevier, Springer və CSIRO Publishing kimi nəşriyyatların 6 beynəlxalq jurnalının redaktor müavini və 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür.

“S.İ. Allahverdiyev fiziki-kimyəvi, molekulyar biologiya və bitki biokimyası sahəsində beynəlxalq miqyasda tanınan alimdir, - Asel Uvəliyeva bildirib. “Onun elmi maraqlarına fotosistem II-nin strukturu və funksiyasının, suyun oksidləşdirici kompleksin, süni fotosintezin, hidrogenin fotoformasiyasının öyrənilməsi daxildir”.

Dəvətə görə Əl-Fərabi adına KazNU-nun rəhbərliyinə, Biologiya və Biotexnologiya fakültəsinə təşəkkürünü bildirən professor Süleyman Allahverdiyev alternativ enerjinin nailiyyətləri və perspektivləri haqqında mühazirə oxuyub.

“Biz hamımız dünyanın qlobal problemləri haqqında bilirik. Bunlar əhalinin artması, aclıqla mübarizə, təbii sərvətlərin tükənməsi, varlılarla yoxsullar arasında uçurumun artması, ölkələr arasında münaqişələrin kəskinləşməsidir”, - deyə mühazirəçi qeyd edib. - Bu problemlər bir çox cəhətdən enerji resurslarına olan ehtiyacdan irəli gəlir. Zamanla bu vəziyyət daha da pisləşəcək”. Mühazirəçinin sözlərinə görə, qlobal enerji problemlərinin həlli üçün müxtəlif alternativ ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələrindən (AEM) getdikcə daha çox istifadə olunur. Bunlara ənənəvi olaraq külək, geotermal və günəş enerjisi, həmçinin emal olunmuş biokütlə əsasında enerji daxildir. Müasir elm təbii fotosintezi AEM-in istifadəsi üçün perspektivli istiqamət hesab edir.

Ölkənin aparıcı universitetinə səfəri çərçivəsində fəxri qonaq Əl-Farabi adına KazNU-nun İdarə Heyətinin sədri - rektor Janseit Tumebayev ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri, birgə elm və təhsil layihələrinin həyata keçirilməsi müzakirə olunub. Görüşün sonunda alimə KazNU-nun “Ерен еңбегі үшін” ("Əməkdə fərqlənməyə görə") medalı təqdim olunub.

kaznu.kz