sa sa 578
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Avropa Komissiyasının “Horizon Avropa” Proqramı üzrə layihə təkliflərinin yazılmasına dair üçgünlük təlimdə iştirak ediblər + Foto Fev 09, 2023 | 14:57 / Konfranslar, iclaslar

Düşərgə Avropa Komissiyası (AK) və AMEA tərəfindən Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi məqsədilə təşkil edilib. Təlimlər Avropa İttifaqı tərəfindən dəstəklənir və Avstriyadan olan ekspert Qorazd Veis (Gorazd Weiss) və italiyalı eksert Bruno Mourenza (Bruno Mourenza) tərəfindən aparılıb. Həmçinin “Zoom” platforması üzərindən AK-dan olan digər mütəxəssislər onlayn formatda qoşularaq fikir mübadiləsində iştirak ediblər.

Təlimin məqsədi “Horizon Avropa” Proqramı haqqında daha dolğun məlumat əldə etmək olub. Təlimlərdə “Horizon Avropa” Proqramının 2023-2024-cü illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə kriteriyaları barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb, nəzəri və praktik dərslər keçirilib, uğurlu təcrübə təqdim edilib.

Sonda dövlət və özəl sektorlardan olan 250-dən çox müraciətçi arasından seçilmiş 30 nəfərə sertifikatlar verilib. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarından Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ülkər İbrahimova və Bitki biotexnologiyası laboratoriyasının elmi işçisi Günay İsmayılovaya sertifikatlar təqdim edilib.