sa sa 5267
MAGİSTRATURADA DƏRSLƏRƏ START VERİLİB + Foto Sen 20, 2023 | 12:07 / Dərslər

 Bakı Dövlət Universiteti ilə AR ETN Molekulyar Biologiya və Biotexnologiylar İnstitutu arasında əməkdaşlıq əlaqələri keçən əsrin 80-ci illərdən akademik Cəlal Əliyev tərəfindən qoyulmuş və hal-hazırda institutn baş direktoru akademik İradə Hüseynova tərərfindən uğurla davam etdirilir. Hər il institutun alimləri universitetdə tədris prosesində, magistr hazırlığında iştirak edir, tələbələr institutun elmi-tədqiqat laboratoriyalarında istehsalat təcrübəsi keçirlər.

16 mart 2023-cü il tarixində Bakı Dövlət Universiteti ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.

Bu il AMEA-nın Prezidentinin 01.09.2023-cü il tarixli 205 saylı əmri ilə  “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və “Bitki fiziologiyası” ixtisasları üzrə institutda təhsil alan 12 magistrantın Bakı Dövlət Universitetinə köçürülməsi ilə əlaqədar tədris prosesinə həm universitetin, həm də institutun professor-müəllim heyəti cəlb olunubdur. Artıq magistrantların dərslərinə start verilib. İnstitutun tədris auditoriyalarında Molekulyar biologiyanın tədqiqat metodları, Bioloji siqnalların ötürülməsinin molekulyar mexanizmləri və Molekulyar fitopatologya fənləri üzrə dərslər aparılıb.   İnstitutn baş direktoru akademik İradə Hüseynova tələbələri salamlayaraq onlara yeni tədris ilində uğurlar arzulayıb.