sa sa 2120
Akademik İradə Hüseynovaya İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatı təqdim olunub + Foto Noy 22, 2023 | 14:14 / Mühüm hadisələr

Noyabrın 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı Zirvə toplantısı çərçivəsində Təşkilatın müxtəlif elm sahələri üzrə mükafatları təqdim olunub.

Elm və texnologiya sahəsi üzrə təşkilata üzv ölkələrin namizədləri sırasından AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qalib seçilib.

İƏT-nin Baş katibi Xusrav Nozirinin imzaladığı müvafiq sertifikat, medal, eləcə də pul mükafatı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Zirvə toplantısında iştirak etmiş Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadəyə təqdim olunub.

AMEA-nın Rəyasət Heyətində həmin mükafatın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademik İradə Hüseynovaya verilən bu mükafatın, həmçinin bütün Azərbaycan alimlərinin, eləcə də Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin uğuru olduğunu bildirib.

Akademik İradə Hüseynova ölkə rəhbərliyinə, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə və AMEA-ya dərin minnətdarlığını bildirib.

Sonra İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2023-cü ildə elm və texnologiya nominasiyası üzrə yüksək elmi nailiyyətlərinə görə təltif olunmuş AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovaya medal, sertifikat və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının müxtəlif sahələr üzrə təsis etdiyi mükafatlar hər nominasiya üzrə Təşkilata üzv ölkələrdən təqdim edilmiş namizədlər sırasından seçilmiş bir nəfərə verilir.

science.gov.az