sa sa 2426
MBBİ-də Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib + Foto Dek 13, 2023 | 11:15 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə gül dəstələri qoyublar. Sonra Azərbaycan xalqının müdrik rəhbəri və dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar MBBİ-də tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Anım tədbirini giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən – məhz onun birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda sabitlik bərqərar olub. Bu gün Ulu Öndərin varisi, Prezident İlham Əliyev Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasətinin uğurla davam etdirir. Azərbaycan xalqının 44 günlük müharibədə qələbə çalması və işğal altında olan torpaqların azad edilməsi Azərbaycan Respublikasının siyasi rəhbərliyinin və Azərbaycan xalqının sıx birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmlər doktorları Səftər Süleymanov, Şahniyar Bayramov, biologiya üzrə fəlsəfə doktorları Mahirə Məmmədova, Səmra Mirzəyeva, doktorant Aygün Sadiqova və başqaları çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildiriblər.

Sonda Heydər Əliyevə həsr olunan video-çarx nümayiş olunub.