sa sa 1175
MBBİ-nin əməkdaşları "Elsevier” şirkəti tərəfindən “Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə keçirilən təlimdə iştirak ediblər + Foto Mart 10, 2024 | 10:17 / Mühüm hadisələr

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib. Təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər. Üç gün davam edən təlimin əsas məqsədi iştirakçılara dünyanın ən böyük elmmetrik bazaları olan “Scopus” və “ScienceDirect”dən istifadə qaydaları barədə zəruri məlumatların çatdırılması olub.

Təlimdə AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Nərmin Şeydəzadə, Bioinformatika laboratoriyasının mühəndis proqramlaşdırıcısı Nigar Hacıyeva və Kitabxana müdiri Günel Süleymanova iştirak edib.

Təlimində elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr olunma prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub. Mövzu ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.