Struktur bölmənin adı: | Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyası |
Tel.: | (+994 12) 5381163 |
Faks: | (+994 12) 5102223 |
Elektron poçtu: | enzymologylab@imbb.science.az |
Struktur bölmənin rəhbəri: | AMEA-nın müxbir üzvü Novruz Məhəmməd oğlu Quliyev |
Əməkdaşları: | b.e.d.,dos., baş elmi işçi Şahniyar Mikayıl oğlu Bayramov b.e.d.,dos., baş elmi işçi Həsən Qərib oğlu Babayev b.ü.f.d., dos. aparıcı elmi işçi Ulduzə Əhməd qızı Qurbanova b.ü.f.d., aparıcı elmi işçi Taliyyə Yaqub qızı Orucova b.ü.f.d., böyük elmi işçi Əsmər Bəhruz qızı Abdullayeva kiçik elmi işçi Sevinc Vaqif qızı Musayeva böyük laborant Firuzə Süleyman qızı Rzayeva
|
Əsas fəaliyyət istiqamətləri: | Karbonun fotosintetik assimilyasiyasının müxtəlif yollarına aid olan bitkilərdə fotosintezin fermentlərinin ətraf mühit amillərindən və gündəlik ritmdən asılı olaraq tənzimlənmə mexanizmlərinin tədqiqi |
Əsas elmi nəticələri: | Fotosintezin C3 yoluna aid olan bəzi taxıl növlərində karbonun ilkin assimilyasiyasında iştirak edən fermentlərin aktivliklərinin, zülal miqdarının və gen ekspressiyasının dəyişmə dinamikasının tədqiqi əsasında onların CO2 qazının fotosintetik assimilyasiyasının sürətinin stabilləşməsində və ətraf mühitin əlverişsiz amillərinə qarşı bitkilərin adaptasiyasında mühüm rol oynadığı göstərilmişdir. İlk dəfə olaraq, Qafqaz florası üçün endemik hesab olan Sedum caucasicum növünün obliqat CAM bitkisi olduğu aşkarlanmışdır. Malat metabolismində iştirak edən fermentlər C3 və C4 bitkilərdə müqayisəli tədqiq olunmuşdur. |