
Okt 29, 2025 | 10:05Konfranslar, iclaslarAMEA Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib...
Okt 28, 2025 | 08:45Konfranslar, iclaslarB.ü.f.d., dosent Ülkər İbrahimova Pakistan İslam Respublikasında keçir...
Okt 27, 2025 | 15:10Konfranslar, iclaslarAkademik İradə Hüseynova: “Qlobal iqlim dəyişiklikləri elmin strateji ...
Okt 27, 2025 | 14:55GörüşlərElm və ali təhsil üzrə ictimai dinləmə keçirilib...
Okt 27, 2025 | 14:53Konfranslar, iclaslarAMEA-da “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kit...
Okt 24, 2025 | 11:00EzamiyyətlərMBBİ-nin əməkdaşları Naxçıvan Muxtar Respublikasında elmi ezamiyyətdə ...
Okt 22, 2025 | 12:00Mühüm hadisələrMBBİ beynəlxalq əlaqələrini genişləndirir...
Okt 21, 2025 | 14:38Mühüm hadisələrAzərbaycan biologiya elminə ağır itki üz verib...
Okt 20, 2025 | 19:00Mühüm hadisələrMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş elmi işçisi...
Okt 20, 2025 | 13:16Konfranslar, iclaslarBeynəlxalq elmi dialoqdan strateji əməkdaşlığa: “Enerji, qida, ətraf m...
“Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi çapdan çıxıb
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) tərəfindən nəşr olunan “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının növbəti nömrəsi (cild 9, nömrə 1) işıq üzü görüb. Bu nömrədə Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində aparılan multidissiplinar araşdırmaların mühüm nəticələrini özündə əks etdirən ümumilikdə 10 məqalə nəşr edilib. Qeyd edək ki, beynəlxalq standart seriya nömrələri (ISSN: çap – 2709-0744, elektron – 2709-0752) ilə ingilis dilində nəşr edilən jurnalın bütün məqalələrini PDF formatında jurnalın saytından (https://www.timbb.az/) və ya institutun saytında jurnal üçün ayrılmış səhifədən (https://imbb.az/az/content/190) əldə etmək mümkündür. Hazırda jurnalın saytı beynəlxalq standartlara uyğun olaraq yenilənir, nəşrin Scopus və WoS kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyətlər davam etdirilir.